Mingəçevirdə azyaşlı bacı və qardaş yanıq xəsarəti alıblar.
Qafqazinfo xəbəri verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivində qeydə alınıb.
Ehtiyatsızlıq edən səkkiz yaşlı Hüseyn və yeddi yaşlı Zəhra Qorçuyevlər qaynar su dolu qabı üstlərinə aşırıblar.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan bacı və qardaş xəstəxanaya çatdırılıb. Uşaqlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.