Bakıda qəza: Tıxac yarandı

Bakıda qəza tıxaca səbəb olub.

Trend-in məlumatına görə, hadisə Moskva prospektində qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan iki minik maşını yeraltı tuneldə toqquşub. Hadisə səbəbindən adıçəkilən prospektdə tıxac yaranıb.

Arxadan gələn avtomobilin ara məsafəsini saxlamaması qəzanın əsas səbəbi olub.