Gürcüstanda yaşayış evində yanğın olub, dördü uşaq olmaqla beş nəfər ölüb


Gürcüstanın Bağdati şəhərində yaşayış evində yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, nəticədə bir qadın və dörd uşaq ölüb.

Hadisə yerinə altı yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.

Yanğının baş vermə səbəbləri hələ məlum deyil.