Daşkəsəndə binaların dam örtüyü uçdu, işıqlar söndü

Daşkəsən rayonunda küləkli hava şəraiti bəzi fəsadlar törədib.

Report-un məlumatına görə, gecə saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə binanın dam örtüyünü qismən dağıdıb.

Eyni zamanda rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda küləkli hava şəraiti davam edir.