Bakıda əsən güclü külək altı ağacı aşırdı

Bu gün Bakıda əsən güclü külək nəticəsində altı ağac aşıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində daha 10 ağacın budaqları sınıb.  

O.Məmmədov qeyd edib ki, hazırda birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar.