Türkiyənin İzmit şəhərində tikintinin damına çıxaraq intihara cəhd edən S. Ş. (34) polis tərəfindən razı salınıb.
Vətəndaşlar binanın 11-çi mərtəbəsinə çıxan adamı görüb dərhal 112 Təcili Xidməti arayıb. Xəbərdən sonra hadisə yerinə çoxlu sayda polis, xilasetmə və sağlamlıq qrupu gəlib.
Xilasedicilər binanın altında hava yastığı açıb. Uşaq Əsirgəmə Təşkilatında olan oğulunu görmək üçün Ankaradan gəldiyini, ancaq uşağını görə bilmədiyini iddia edən S.Ş.ı intihara cəhd edib. Polis onu razı salmaq üçün xeyli çalışıb.
İntiharçı bu sırada cib telefonunu, pulqabını və ayağından çıxardığı corabları yerə atıb. Polislərin təxminən 1 saat davam səylərindən sonra adam tikintinin damından endi. S. Ş., bir polislə sarılıb, yumruq salamı verdi. Daha sonra da hadisə yerində olan sağlamlıq və xilasetmə vəzifəliləri ilə qucaqlaşdı. S. Ş., müayinə üçün Kocaeli xəstəxanasına aparılıb.
Turan