Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı

Bakıda zəncirvari qəza olub. Report-un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “90-ZE-882” dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil sürət həddini aşaraq “90-RP-354” dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı avtomobili arxadan vurub.

Sonuncu isə öz növbəsində “99-HD-526” dövlət nömrə nişanlı, “Honda” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.

Qəza ilə bağlı prospektdə tıxac yaranıb.