Bakıda avtobus sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Bakıda müntəzəm marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusunun sürücüsünün idarəetmə vaxtı mobil telefondan istifadə etməsinin görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdəki avtobusun 204 nömrəli marşrut xətti ilə hərəkət etdiyi bildirilib. 

Videoda sürücünün mobil telefon vasitəsilə əlaqə saxlayaraq, avtobusda texniki nasazlıq olduğunu dediyi görünür.