Bakıda qəza: Piyada yerindəcə keçindi

Paytaxtın Nizami rayonunun ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nizami rayonunun ərazisində, H.Əliyev prospektində yolu keçən paytaxt sakini Raqub Yusifov Bakı şəhər sakini M.Novruzov idarə etdiyi “Ford” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.