İstanbulda yeddimərtəbəli bina çökdü

Türkiyənin İstanbul şəhərində yeddimərtəbəli bina çöküb.

Bu barədə “Sabah” xəbər yayıb.

Məlumata görə, bina boş imiş. Hadisənin səbəbləri araşdırılır.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.

O da məlumdur ki, çökmə əsnasında yoldan keçənlər olub. Bu səbəbdən zərərçəkənlərin ola biləcəyi istisna olunmur.