İranda daha bir güclü zəlzələ baş verdi 


Bu gün İranın cənubunda 5,7 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 12.30 radələrində baş verən zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 48 km qərbdə, 47 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.