Bakıda orta yaşlı kişini avtomobil vurub


Bakının Suraxanı rayonunda yol-nəqliyyt hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Pakov Vladimir Vladimiroviç yol keçərkən onu minik avtomobili vurub. Yaralı hər iki ayaq sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.