"Koronavirus" deyib həkimlər qaçdı, yazıq tələbə canından oldu


Kanadada təhsil alan Banqladeşli gənc qız, olduğu ölkədə koronavirusun yayılması səbəbiylə ölkəsinə dönüb. Qız mədə ağrıları ilə xəstəxanaya müraciət edib. Lakin  onun koronavirusa yoluxduğu ehtimal olunaraq müalicə edilməyib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Najma Amin, Kanadanın Regina Universitetində bakalavr təhsilinə davam edirdi. Virusun Kanadaya yayılmasından sonra Amin,  martın 9-da Bangladeşə dönüb, 13 martda mədə ağrısı şikayətiylə xəstəxanaya aparılıb. Ancaq xəstəxana vəzifəliləri, Amində koronavirus olduğu üçün müalicə tətbiq etməyib. Gənc qız xəstəxananın laqeydliyi nəticəsində həyatını itirib.

Atası Amin Ullahın dediyinə görə, əvvəl qızı mədə ağrısı səbəbiylə Dakka Medikal Kollec xəstəxanasında müalicəyə başlayıb. Najmanın vəziyyətinin bir az yaxşılaşmasıyla rahat nəfəs aldıqlarını söyləyır. Tibb bacısı Kanadadan gəldiyini öyrəndikdən sonra Aminin temperaturunu ölçür. Tibb bacısının "Bu xəstədə koronavirus var" deyə qışqırdığını bildirən ata Ullah, həkim, tibb bacısı və işçilər qaçaraq otağı tərk etdiyini ifadə edir. Najmanın korona test nəticəsinin mənfi çıxmasından sonra maska və əlcək geyərək qızının yanına girdiklərini sözlərinə əlavə edən ata, bu zaman çox gec qaldıqlarını sözlərinə əlavə edib.

Turan