Bakıda FACİƏ: hamilə qadın xəstəxanada öldü

Bakıda 22 həftəlik hamilə qadın ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaq ilə birlikdə ölüb.

Araşdırmalar zamanı məlum olub ki, Ş. Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də "Mitral qapağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib. Ötən gün isə ürək çatışmazlığından ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.