Bakıda yeniyetməni avtomobil vurdu


Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində qeydə alınıb.

Belə ki, evlərinin qarşısında oynayan 2006-cı il təvəllüdlü Qəniyev Cavanşir Şıxəli oğlunu avtomobil vurub.

Yeniyetmə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.