Bakıda kişi şirkət ofisinin qarşısında özünü yandırdı

Bakının Suraxanı rayonunda bir kişi özünü yandırıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə mayın 19-da Bülbülə qəsəbəsində, Bakıdakı şirkətlərdən birinin baş ofisinin həyətində qeydə alınıb.
1981-ci il təvəllüdlü yerli sakin Zaur Əsədov üstünə benzin tökərək, özünü yandırıb. Hadisə şahidləri alovu söndürüblər.
Zərərçəkən 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumatlara görə, Z.Əsədov özünü yandırmaqla şirkətin hərəkətlərinə etirazını bildirib.
İntihar cəhdi Rayon Prokurorluğu tərəfindən araşdırılır.