60 yaşlı qadın özünü asdı


Şirvanda 60 yaşlı qadın özünü asıb.

APA bildirir ki, Şirvan sakini, 1963-cü il təvəllüdlü Dədəyeva Laləzar Əli qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Qadının meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

İntiharın səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.