Sumqayıtda yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

 
Sumqayıtda 76 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsbəsində yaşayış binalarının birində baş verib. 

Belə ki, 1944-cü il təvəllüdlü Şafarenko Pyotr Nikoloyeviç yaşadığı binanın blokunda pilləkənləri düşərkən yıxılaraq dünyasını dəyişib.

76 yaşlı kişi tənha yaşayırmış. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.