Ailə qətliamı: Arvadını və 2 uşağını öldürdü


 Dənizlinin Çivril qəsəbəsində dünən səhər saatlarında Ahmet Çakar  adlı kişi arvadını və 2 uşağını ov tüfəngiylə vuraraq öldürüb. Ahmet eyni silahla öz həyatına da son verib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, təhlükəsizlik orqanları evdə araşdırmaya başlayıb. İnsanın qanını donduran hadisədə Ahmet Çakar (37), arvadı Özləm (31) və Naki (11) ilə Əmir (8) adlı iki uşağını ov tüfəngiylə gülələyib. Daha sonra eyni ov tüfəngiylə intihar edib.
Xəbərdən sonra hadisə yerinə çox sayda jandarma qrupu sövq edilib. Qruplar evdə araşdırma aparərkən gənc qadının yaxınları acı xəbəri eşidib sinir böhranı keçiriblər.
İddialara görə, keçən aylarda inşaatda çalışan, Fransadan sağlamlıq problemlərindən dolayı məmləkətinə dönən Əhməd,  keçən ay yırtıq əməliyyatı keçirib. Təxminən 1.5 aydır əməliyyatdan ötəri evində istirahət edən Ahmetin çalışa bilmədiyi üçün böhrana girdiyi və psixoloji problemlər yaşamağa başladığı qarşıya qoyulub.

Turan