Ermənistanda polis şiddəti  ! - Vətəndaşa amansız işgəncə verdilər Video

Ermənistan polisinin maska taxmayan vətəndaşı təhqir etməsi ilə bağlı videosu yayılıb.
"Sherg.az" xəbər verir ki, "İşıqlı Ermənistan" partiyasının sədri, deputat Edmon Marukyanın yaydığı videoda polisin sadə vətəndaşa qarşı güc tətbiq etdiyi aşkar görünür.

Baş nazir Nikol Paşinyan "Facebook" səhifəsində karantin qaydalarını pozan şəxsə qarşı polis şiddətini açıq şəkildə dəstəkləyib. O, polisin bir güc strukturu olduğunu, lazımdırsa, güc tətbiq ediləcəyini bildirib.