Ağstafada iki qonşunun davası birinin ölümü ilə nəticələnib


Ağstafa rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini, 1991 ci il təvəllüdlü Heydərov Tural Misir oğlu  sözügedən kənddə küçədə səs-küy salıb. Bu zaman kənd sakini olan 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu ona iradını bildirib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural Heydərov Hürriyyət Şəmilovun boğaz nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.