Türkiyədə 5,7 maqnitudalı zəlzələ olub


Türkiyədə güclü zəlzələ olub.

APA-nın Türkiyə bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 17.24 radələrində Bingölün Karlıova qəsəbəsində 5,7 maqnitudalı zəlzələ olub.

Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.