Kür çayının Sabirabad rayonu Qruzma kəndi ərazisindən keçən hissəsində başatan şəxsin kimliyi məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, batan şəxs Sabirabad sakini, 1989-cu il təvəllüdlü Abdullayev İlham Əhəd oğludur.
Hazırda Sabirabad rayonunun Qruzma kəndi ərazisində FHN-in əlaqədar qurumları tərəfindən batan şəxsin meyitinin axtarışları davam edir.
Qeyd edək ki, mərhumun iki qız övladı var.
***
17:12
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.