Bakıda avtomobilin vurduğu piyada ölüb


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən 25-30 yaşlı, hələki şəxsiyyəti dəqiqləşdirilməyən piyadanı avtomobil vurub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.