Şəmkirdə qız kanalda çimərkən boğulub


Şəmkirdə qız su kanalında çimərkən boğulub ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qılıcbəyli kəndində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Könül Əliyev suyun axarına düşərək boğlub. Gəncin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.