Azərbaycanda zəlzələ oldu

İyunun 15-də Gəncə stansiyasından 47 kilometr şimalda, Samux ərazisində üç bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:47-də qeydə alınıb. 
Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.