Məşhur oteldə karantin qaydalarını pozanlar saxlanıldı - VİDEO



Bakının məşhur hotellərindən birində karantin rejiminin qaydalarına zidd olaraq hovuz müştərilər üçün açıq olub.

Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Polis həmin oteldə karantin qaydaları pozulmasına görə, vətəndaşları saxlayıb.

Karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.