“VAZ-2107” dərəyə aşdı: kənd sakinləri...

Ağstafa rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirib.
Nəticədə, avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtomobildə olan 1994-cü il təvəllüdlü Vəkilov Növrə və 1978-ci il təvəllüdlü Qurbanov Elnur xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki yaralının vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.