Gəncədə 27 yaşlı gənc faciəli şəkildə öldü

Gəncədə 27 yaşlı gənc faciəli şəkildə ölüb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə dünən günorta saatlarında baş verib.

Şəhər sakini Tağızadə Allahverdi Xasay oğlu şəhər ərazisində tikinti şirkətlərindən birinə məxsus yüksək mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.

O, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.