Bakı-Qazax yolunda qadın meyiti tapıldı

Bakı-Qazax magistralında qadın meyiti tapılıb.
APA-nın məlumatına görə, Bakı-Qazax magistralının 105-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində 40-50 yaşlarında hələlik şəxsiyyəti məlum olmayan qadın meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.