Dəhşətli qəza: Ər-arvad maşında yanaraq öldü

Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Göygöldə - Hacıməlik yolunda baş verib. 
Baş verən qəza zamanı Daşkəsən rayon sakinləri - 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allahverən qızı maşında yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.