15 yaşlı oğlanın intiharının səbəbi bəlli olub - TƏFƏRRÜATLAR
10:54 04.09.2021
Hadisə
558
Əliyev Aqşin Xəyyam oğlu 2006-cı il yanvarın 5-də doğulub.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 15 yaşlı yeniyetmə yaşadığı evdən 2 kilometr məsafədən keçən Yuxarı Qarabağ kanalında özünü suya ataraq intihar edib. Ailəsi Aqşinin göz görə-görə ölümə sürüklənməsinə səssiz qaldıqlarına görə özlərini günahkar bilir. Nənəsi Ruqiyyə Cavadova deyir ki, gərək uşağı həkimə aparardıq: “Söhbət edəndə deyirdi mən həyatımdan bezmişəm. Düşmənimiz yox heç kimin günahı yox. Onun xətrinə heç kim dəymirdi. əvvəldən deyir di, ki özümü atacağam suya. Gəlib mənə deyirdi ki, nənə sən get bizdə yat mən sənin yerində yatacağam. Səhər gəlirdim ki, hələ yatmayıb. Deyirdim ay bala bu telefon səni məhv edəcək. Deyirdi onsuzda mən həyatımdan bezmişəm. Biz gərək onu həkimə apardıq”.
Yaxın qohumları isə yeniyetmənin ölümünün arxasındakı sirr pərdəsini qaldırıb, Aqşinin əslində sevdiyi qıza görə intihar etdiyini deyir. İntihar edən yeniyetmənin əmisi Samir Cavadov bildirir ki, Aqşin özünə çox qapanmışdı, ailədə heç bir problemi yox idi: “İstədiyi qız olub. Qızın nişanı olub. Saytlarda da yazıb ki, ya o nişanı məhv edəcəyəm ya da özümü. Məncə qıza görə başqasına verildiyinə görə fikirləşib bu hadisə baş verib.“
15 yaşlı yeniyetmənin istədiyi qızın nişanlanmağı da, onun bu cavabsız sevgi səbəbindən özünü öldürməyi də Aqşindən sonra çox sualları cavabsız qoyub. Aqşinin sevdiyi qız neçə yaşında idi? Kim idi? 9-cu sinfi yeni bitirən yeniyetmənin sevdiyi qızın valideynləri o yaşda qızı kimə, niyə ərə verirdi? Əslində elə o qızın da kimliyini Aqşin sirr olaraq özü ilə apardı. Yaxınları isə ən çox sosial şəbəkələrdən narazıdır. Aqşinin yaxın qohumu Rza Rzayev deyir ki, telefon ucbatından ailələr dağılır, gənclər yolundan çıxır, müsibətlər baş verir: “ Bu telefon ucbatından hər şey olur. Gündə bir sosial şəbəkə yaradılır. Sosial şəbəkələrə qadağalar qoyulsun”.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmanın nəticələri açıldıqdan sonra Aqşinin ölümünün gerçək səbəbləri üzə çıxacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya