Gəncədə kişi həyat yoldaşı tərəfindən
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Xəstənin yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.