Mingəçevirdə qadın özünü Kürə atıb

Mingəçevirdə intihara cəhd olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, Ağdaş sakini, 1992-ci il təvəllüdlü Ə.L. özünü körpüdən Kür çayına atıb.
Ətrafdakı insanların köməyi ilə qadın xilas edilərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.