Amansız qətl...

Uşaqlarının gözü qarşısında arvadını boğdu

Qaziantepdə dəhşətli cinayət hadisəsi yaşanıb.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, Suriya vətəndaşı olan 38 yaşlı Ali Hüseyn həyat yoldaşı 36 yaşlı Nur Cəmil Hüseyni  5 uşağının gözü qarşısında amansızlıqla qətlə yetirib.  Hadisə səhər saatlarında Bəydilli məhəlləsində üç mərtəbəli fərdi binanın birinci mərtəbəsində baş verib. Ali Hüseyn və həyat yoldaşı arasında naməlum səbəbdən əvvəlcə mübahisə düşüb. Qısa müddətdən sonra onlar arasında dava daha da böyüyüb. Bu zaman əsəbiləşən ər mətbəxdən götürdüyü bıçağı  uşaqlarının gözləri qarşısında arvadının sinəsinə sancıb. Ürəyi bununla soyumayan Ali Hüseyn əlləri ilə arvadının boğazını sıxıb. Həyat yoldaşının hərəkətsiz olduğunu görən Ali hadisə yerindən dərhal qaçıb. Uşaqların qışqırıq səslərinə gələn qonşular Nur Cəmil Hüseyni qan içində tapıblar. Dərhal aidiyyəti qurumlara xəbər verilib. Hadisə yerinə gələn polislər və həkimlər onun hadisə yerində öldüyünü bildiriblər. Ali Hüseynin tutulması istiqamətində tədbirlər görülür.