Rusiya-Monqolustan sərhədində zəlzələ olub

Rusiya-Monqolustan sərhədi yaxınlığında 5 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı Tuva Respublikasının Kızıl şəhərindən 195 km şimal-şərqdə, 60 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.