10 yaşlı qız uşağını cinsi istismar edən şəxsi saxladı - FOTO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti polis departamentinin əməkdaşları ailə zorakılığı və 10 yaşı qız uşağına qarşı cinsi istismar həyata keçirmək ittihamı ilə 1990-ci il təvəllüdlü Q.İ-ni saxlayıb.

24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilir ki, saxlanılan şəxs övladlarının gözü qarşısında həyat yoldaşına qarşı sistemik fiziki və psixoloji təzyiq göstərərək, onu öldürməkdə ittiham edib. O, həmçinin öz azyaşlı övladlarına qarşı da fiziki təzyiq göstərirmiş.

Saxlanılan şəxs həmçinin, onların evinə qonaq gələn 10 yaşlı qız uşağına qarşı cinsi istismar həyata keçirib.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri əsasında istintaq başladılıb. Təqsirləndirilən şəxsi 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.