Nigeriyada təyyarə qəzaya uğrayıb


Nigeriyada “King Air 350” hərbi aviasiya təyyarəsi Abucedə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Nigeriyanın aviasiya naziri Xdi Sirika “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, paytaxt Abucedən Minnuya uçan təyyarə havaya qalxdıqdan az sonra mühərrikdə yaranan problem səbəbindən qəzaya uğrayıb və ölənlərin olduğu ehtimal edilir.

Yerli “Daily Post” qəzeti isə təyyarənin göyərtəsindəkilərin hamısının həyatını itirdiyini yazıb.