İtin arxasından qaçan uşağı avtomobil vurdu

İstanbulun Esenyurt rayonunda iddiaya görə, itin arxasınca qaçan 8 yaşlı uşağı avtomobil vurub. Həyati təhlükəsi olan uşaq müalicə altına alınıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.


 
Polis qrupları uşağın başında gözləyib yolu bağlayıb. Təcili yardımın gəlməsiylə yaralı uşaq xəstəxanaya çatdırılıb. Kərim D.ın həyati təhlükəsi hələ qalır.

Hadisə ilə əlaqədar araşdırma davam edir.

Turan