Qubada oyun zalından oğurluq edən şəxs saxlanılıb - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oyun zalından oğurluq edən şəxs saxlanılıb.

Daxilin İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sherg.az-a verilən məlumata görə, Quba rayonu ərazisində yerləşən oyun zallarının birindən 3 ədəd “PlayStation-3” aparatının və həmin aparatlara aid 4 ədəd pultların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Qusar rayon sakini Elxan Xəlilov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı E. Xəlilov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.