Daha bir müəllim koronavirusdan vəfat etdi


Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib. 

Hazırda Aslanbəyli kənd orta məktəbində direktor vəzifəsinə təyinat yoxdur.

Xatırladaq ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.