Mingəçevirdə qadın dəm qazından boğulub

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 8/5 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb. Orada yaşayan, 1987-ci il təvəllüdlü Bayramzadə Əfsanə İlyas qızı hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.