Rusiyada maraqlı hadisə yaşanıb.
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Blaqoveşçensk kəndindəki xəstəxanada qəfildən yanğın hadisəsi baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib.
Dövlət Departamentinin bölgə rəsmiləri xəstəxanada bir xəstənin və 8 nəfərlik həkim qrupunun hələ də binada olduğunu təsdiqləyib.Yanğının güclü olmasına və bütün xəbərdarlıqlara baxmayaraq həkimlər cərrahi əməliyyatı davam etdiriblər. Həkimlər açıq ürək əməliyyatı etdiklərini, buna görə dayandırmağın mümkün olmadığını bildiriblər.
Təhlükəyə baxmayaraq, cərrahlar əməliyyatı uğurla həyata keçiriblər. Əməliyyat başa çatan kimi xəstə və həkim qrupu təxliyyə olunub.