QAT üzvü koronadan vəfat etdi

Qarabağ Azadlıq Təşkilatının Ali Məclis üzvü, əslən Cəbrayıl rayonundan olan Oqtay Vəliyev bu gün koronavirusdan vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

Oqtay Osman oğlu Vəliyev 1988-ci ildə erməni-rus təcavüzü başlayan gündən rahat həyatını, işini ataraq Cəbrayıl rayonunun müdafiəsinə qalxıb. O.Vəliyev Cəbrayılda özünümüdafiə dəstəsinin yaradılmasında, onun silah-sursatla təhciz edilməsində, sərhəd kəndlərimizin və eyni zamanda Füzuli, Şuşa, Laçın, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində iştirak edib.

20 Yanvar hadisələri vaxtı KQB tərəfindən həbs edilsə də, təziqlərə məruz qalsa da, bir addım da geri çəkilməyib.

O.Vəliyev tanınmış hüquqşünas Adil Minbaşının qaynıdır.

Allah rəhmət eləsin!