Abşeronda ana və qızını avtomobil vurdu

Abşeron rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü Süleymanlı Lalə Mehman qızı və anası Süleymanlı Nahidə yolu keçmək istəyərkən onları avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

L. Süleymanlıya sol budun sınığı, N.S üleymanlıya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.