Külək Bakıda qarajın damını uçurdu - FOTO

Küləkli hava şəraiti Qaraçuxur qəsəbəsində bir sıra fəsadlar yaradıb.
Oxu.Az-ın məlumatına görə, Qaraçuxur qəsəbəsində güclü külək ərazidəki ağacları qırıb, işıq dirəklərini aşıraraq yararsız hala salıb. 

Ərazidəki qarajlardan birinin dam örtüyü uçub. Yola düşən dam örtüyü nəqliyyatın hərəkətini iflic edib.