Təyyarə qəzasında ölən dostlarının ətini yedilər

49 il əvvəl Çilidən Argentinaya gedərkən And dağlarında təyyarə qəzasına düşən Jose Luis İnikart ölməmək üçün sağ qalan 16 nəfərlə qəzada ölən dostlarını yediklərini söyləyib.
1972-ci ildə Çili ilə Argentina arasındakı And dağlarına çırpılan təyyarədən sağ qalan 16 nəfərdən biri olan İnikart, sağ qalmaq üçün 72 günlük yaşam savaşını ingilis mediasına danışıb. O, həmin çətin anları unutsa da qəzadan sonra olanları belə xatırlayır: "Əlbəttə, And dağlarını düşünürəm. Unutmaq mümkün deyil, amma bu, artıq həyatımın bir hissəsi deyil. Bu ağrı bu gün mənimlə yaşamır. Sağ qalmaq istəyirsənsə, başqa bir seçim yoxdur. Sağ qalanlarla müzakirə edib bunu edib-etməməyimizi müzakirə etdik. Bunu etməmək ölmək demək idi. Hər kəs ölənlərin cəsədini yeməyə qərar verdi".
Adı çəkilən şəxsin həyatı 1993-cü ildə çəkilmiş "Alive"də əks olunub. O, filmdəki hər şeyin doğru olduğunu qeyd etdi.
Qeyd edək ki, İnikart Uruqvay Hava Qüvvələrinə aid 571 saylı təyyarədə səfər edən 45 nəfərdən biri idi. Qəza nəticəsində onların yalnız 16-sı sağ qaldı. Tapıldıqları zamana qədər meyitlərlə qidalanıblar. Hadisəni isə Jose Luis  49 il sonra ictimaiyyətə açıqlayıb.