Mingəçevirdə meyiti tapılan şəxsin kimliyi məlum olub.
"Sherg.az" APA-a istinadən xəbər verir ki, həmin şəxs 16 yaşlı Abbasov Ruslan Məhərrəmov oğludur.
Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi Ruslan Abbasov martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
R. Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M. Ə. Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib.