Ağsuda taxıl sahələri od tutub


 Ağsuda taxıl sahələrində yanğın başlayıb.

Sherg.az ”Report”a istinadən bildirir ki, hadisə rayonun Musabəyli və Qəşəd kəndlərində qeydə alınıb. Rayonun Musabəyli kəndində təqribən yeddi hektar ərazidə biçilməmiş taxıl sahəsində yanğın baş verib.

Hadisə yerinə Kürdəmir və Ağsu Rayon Dövlət yanğından Mühafizə İdarələrinin 5 yanğın söndürən maşınları və canlı qüvvələri cəlb olunub. Musabəyli kəndində hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Qəşəd kəndində isə yanğın yerli sakinlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.