Goranboy sakininə sahibsiz it hücum edib

Goranboy rayonunda 49 yaşlı qadına küçə iti hücum edib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bağçakürd kəndində baş verib.

1972-ci il təvəllüdlü kənd sakini Muradova Aygün Akif qızı küçədə dolaşan sahibsiz itin hücumuna məruz qalıb. Hər iki əlindən və digər nahiyələrindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.